Bir dəfə rok forumlardan birində Nurlan Kərimov Orxan Culfayevlə tanış
olur. Onlar söhbətləşib yeni rok qrup yaratmaq qərarına gəlirlər.
Beləliklə 2005-ci ilin oktyabrında Nurlan (vokal, gitara), Orxan
Culfayev (gitara) və Teymur Xıdırov (baraban) görüşüb məşqlərə
başlayırlar. Amma təxminən 2 ay keçdikdən sonra Səttarxan adına
mədəniyyət evində məşq edən qrup yaradıcılıq ilhamı çatışmazlığına görə
dağılır......Ardini Oxu Ancaq, [FERRUM] qrupunun ilk bass qitaristi olan Nurlan
Kərimov qrupu yenidən yaratmaq qərarına gəlir. Buna qədər bir çox rok
qruplarda zərb ifa eliyən Teymur Xıdırov, solo gitarist Orxan Culfayev
və qrupa yeni gələn bass gitarist Rena Lav EQUINOX adını alaraq öz
geniş fəaliyyətlərinə başlayırlar. Rok qrup klassik rok mahnılarının
cover versiyalarını işləyib hazırlayır. Bunun nəticəsində rok qrup bir
çox məclislərdə çıxış etməyə başlayır. 20 may 2007-ci ildə EQUINOX,
MIDNIGHT rok qrupu ilə bərabər Half Way Inn klubunda konsert... Ardini oxu »